Göyçayda silahlı şəxs saxlanılıb - 5 nəfər yaralandı


14:44     12 İyul 2021 silah47.jpg

Göyçayda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə iyulun 10-da saat 23 radələrində Ləkçıplaq kəndi ərazisində kənd sakini N. Rüstəmovun sərxoş vəziyyətdə xuliqanlıq zəminində Kürdəmir rayon sakini F. Həsənova məxsus “Kia” markalı avtomobilin istiqamətində 2 dəfə tüfəngdən atəş açması və orada olan 5 nəfərə sıyrıq və qırılma xəsarətləri yetirməsi barədə məlumat daxil olub.

Onlar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində N. Rüstəmov saxlanılıb. Ondan “TOZ” markalı ov tüfəngi götürülüb.

Açar sözlər:

Oxunub: 392