Bu il yol qəzalarında 290 nəfər ölüb
15:18 12 İyul 2021
2021-ci ilin birinci yarısında baş vermiş yol-nəqliyyat hadisələri barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
DİN-dən Femida.az-a verilən məlumata görə, respublika ərazisində cari ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda 290 nəfər həlak olmuş, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 4 (-0,5%) fakt, ölənlərin sayı 35 (-10,8%) nəfər, yaralananların sayı isə 3 (-0,4%) nəfər azalıb.
Müəyyən edilmişdir ki, sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 734 (97%) yol-nəqliyyat hadisəsi (piyadalar tərəfindən 18 - 2,4%) baş vermişdir. Bu qayda pozuntularının 302-si (39,9%) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (142 ölü, 230 yaralı), 241-i (31,8%) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması (73 ölü, 236 yaralı), 72-i (9,5%) yolayrıclarını keçmə qaydalarının pozulması (15 ölü, 93 yaralı), 10-u (1,3%) nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi olmuşdur (5 ölü, 9 yaralı).
Qəzaların növləri içərisində piyadanı vurmaq (304 - 40,2%) və toqquşma (270 - 35,7%) əvvəllər də olduğu kimi üstünlük təşkil edir (maneəni vurmaq 75 – 9,9%, aşma 66-8,7%). Həlak olan 290 nəfərdən (qadınlar 53 nəfər, 7-16 yaş 26 nəfər,) 123-ü piyada, 87-i sürücü, 68-i sərnişin, 10-u velosipedçi, 2-i isə digər hərəkət iştirakçısı olub.
Femida.az
Oxunub: 295
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir