Vaksinasiya olunmayan təhsil işçilərinin sayı açıqlanıb


15:45     12 İyul 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg

Ümumi təhsil müəssisələrində çalışan 220 mindən artıq müəllim və texniki heyətin 155 min nəfəri vaksin olunub.

Femida.az xəbər verir ki, bu təhsil müəssisələrində çalışan 34 min nəfər isə əks göstəriş arayışı ilə vaksin olunmayıb.

Eləcə də peşə təhsili müəssisələrində çalışan 4 500-dən artıq işçi heyətin 3 300-dən çoxu vaksin olunub. Onlardan 685 nəfəri isə əks göstəriş arayışı ilə vaksin olunmayıb.

Orta ixtisas təhsili müəssisələrində çalışan 8 000-dən artıq işçi heyətin 4 800-dən çox əməkdaşı vaksinasiya prosesindən keçib. Onlardan 1 700 nəfərdən çoxu isə əks göstərişlə vaksinasiya olunmayıb.

Ali təhsil müəssisələrində çalışan 25 mindən artıq pedaqoji heyətin, demək olar ki, yarıdan çoxu, 13 minə nəfər yaxını vaksin olunub. Bu heyətin 5 500 nəfəri isə əks göstərişlə vaksinasiya prosesindən kənarda qalıb.

Beləliklə, təhsilin bütün pillələri üzrə 267 mindən artıq pedaqoji heyətin 67 faizi, yəni 180 min nəfəri vaksin olunub. 33 faizi isə bu və ya digər səbəbdən vaksinasiyadan keçməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 578