Azərbaycanda bərpa olunan enerji mənbələri ilə bağlı sertifikat veriləcək


16:47     12 İyul 2021 2021/07/3e0562a1-fea1-3f79-a543-26457fd40b80_850_1626094093.jpeg

Azərbaycanda bərpa olunan mənbələrdən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat veriləcək.

Femida.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunda deyilir.

Dövlət başçısının bununla bağlı imzaladığı fərmana əsasən, Nazirlər Kabineti sertifikatın verilməsi qaydasını və formasını ölkə rəhbəri ilə razılaşdırmaqla təsdiq etməlidir.

Açar sözlər:

Oxunub: 714