Şirkət əməkdaşının minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb
17:14 12 İyul 2021
Füzulidə “Körpü-Bina-Tikinti” MMC-nin əməkdaşının minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Füzuli rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, iyulun 12-də saat 11 radələrində “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb.
Oxunub: 345
Oxşar xəbərlər
- Şirkətin pulunu mənimsəyənlərə cinayət işi açılıb
- Şirkətin vəzifəli şəxslərinə cinayət işi açıldı
- Şirkət rəhbərinə cinayət işi açıldı
- Şirkət işçisini öldürənlərin məhkəməsi başlayır
- Şirkətdə ölüm hadisəsi baş verib
- Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
- Şirkət rəhbərinin korrupsiya əməlləri ifşa edildi
- Şirkətlərin və sahibkarların bu cərimələri ləğv edilir
- Şirkət əməkdaşının törətdiyi yol qəzası ilə bağlı cinayət işi başlanıldı
- Şirkətdən 7 min manatlıq oğurluq edildi - Polis məlumat yaydı