Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək


17:21     12 İyul 2021 2021/07/azerbaijan_army_121120_1626096269.jpg

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiq edib.


Femida.az-ın məlumatına görə, Əməl Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Açar sözlər:

Oxunub: 532