Bir həftədə Qarabağda 182 mina aşkarlanıb


18:06     12 İyul 2021 21_07_12_1626098823.jpg


ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb .

ANAMA-dan Femida.az-a bildirilib ki, iyulun 5-dən 10-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 153 piyada əleyhinə mina, 29 tank əleyhinə mina və 26 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 113 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Femida.az

Açar sözlər:

Oxunub: 156