Moskvada azərbaycanlı avtoritetə qarşı ittiham irəli sürülüb


19:18     12 İyul 2021 21_07_12_1626100152.jpg

Rusiyanın paytaxtı Moskvada cinayətkar aləmdə avtoritet kimi tanınan Rəşad İsmayılova (Rəşad Gəncinski) qarşı ittiham irəli sürülüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin Moskva üzrə İstintaq Baş İdarəsinin nümayəndəsi Yuliya İvanova iyulun 12-də jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İsmayılov 2013-cü ildən başlayaraq 7 il ərzində “qanuni oğru” olub. Ona qarşı “cinayətkar ierarxiyada ən yüksək vəziyyətdə olmaq” maddəsi üzrə cinayət işi başlanılıb.

Bildirilib ki, İsmayılov 2009-cu il mayın 13-də Moskvada İzmayılov şosesində yerləşən kafedə iki nəfərin qətlə yetirilməsində iştirakda şübhəli bilinir.

Femida.az

Açar sözlər:

Oxunub: 489