Gəncədə tüfeyli həyat tərzi keçirən şəxslər və dilənçilər saxlanılıb


19:27     12 İyul 2021 2021/07/6D9FA479-BAD3-47D8-95DC-B9AADED69649_1626103912.jpeg


Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Təbir zamanı ümumilikdə 35 nəfər saxlanılaraq polis idarəsinı gətirilib. Onlarla profilaktik söhbətlər aparılıb, 19 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Açar sözlər:

Oxunub: 563