Son sutkada vaksinasiya olunanların sayı açıqlanıb


20:40     12 İyul 2021 21_07_13_1626154123.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 564 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 269, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 295 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 108 514, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 475 180, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 1 633 334 təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 443