Ombudsman litvalı jurnalist Riçards Lapaitislə görüşüb


10:59     13 İyul 2021 21_07_13_1626161466.jpg


Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva litvalı jurnalist Richards Lapaitislə və çəkiliş qrupu ilə görüş keçirib.

Ombudsman Aparatından Femida.az-a verilən məlumata görə, görüşdə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanan, jurnalistin birbaşa şahidi və iştirakçısı olduğu Birinci Qarabağ Müharibəsini və qanlı soyqırımı aktını işıqlandıran “Sonsuz dəhliz” sənədli filmi müzakirə olunub.

Hərbi jurnalist olan Richards Lapaitis filmin çəkilişi zamanı Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşdüyünü, yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinlədiyini, eyni zamanda bu film vasitəsi ilə erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırıdığını bildirib.

Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən yeni sənədli filmin çəkilişləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qonağa müharibə dövründə və müharibədən sonra Ombudsman tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyət, aparılan faktaraşdırıcı missiyalar barədə geniş məlumat verilib və gələcək birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Yekunda qonaq Səbinə Əliyevaya səmimi qəbula görə təşəkkürünü bildirib.

Açar sözlər:

Oxunub: 997