Ata Abdullayevin həbs müddəti uzadıldı


15:14     13 İyul 2021 2021/07/ata_abdullayev_10721_1626174906.jpg

Səbail rayon Məhkəməsində həbsdə olan bloqer Ata Abdullayevin barəsindəki həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.


Femida.az-ın məlumatına görə, prosesdə təqdimat təmin edilib. Məhkəmənin qərarı ilə A. Abdullayev barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, A.Abdullayev bu ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı hədə-qorxu ilə pul tələb etmə maddəsilə ittiham irəli sürülüb və Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 830