Bakıda dənizdə batan şəxsin meyiti tapıldı


15:05     13 İyul 2021 m_deniz-bisikletinden-dusen-genc-boguldu.jpg

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 2003-cü il təvəllüdlü Abdullayev Rəvan Şahniyaz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, R.Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 337