Baş Prokurorluq işğaldan azad olunan ərazilərə gedənlərə XƏBƏRDARLIQ etdi
16:31 13 İyul 2021
Baş Prokurorluq işğaldan azad olunan ərazilərimizdə baş verən yanğın hadisələri ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən Femida.az-a vderilən məlumatda bildirilir ki, işğaldan azad edilmiş ərazilərimizdə xeyli sayda yanğın hadisələrinin baş verməsi müşahidə olunmaqdadır: "Hazırda aparılan yenidənqurma və bərpa işlərini həyata keçirən habelə, Qarabağa səfər edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaması, ağaclıq və taxıl sahələrində, meşə massivlərində tütün məmulatlarının və ya digər yanacaq tullantılarının həmin ərazilərə atılması kimi zidd əməllərin törədilməsi yanğın hadisələrinə səbəb olur. Nəticədə, qeyd edilən ərazilərdə flora və faunaya ciddi ziyan vurulur. Baş Prokurorluq bir daha xəbərdarlıq edərək bildirir ki, bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!
Təbiəti qorumaq hər bir vətəndaşın borcudur!”.
Oxunub: 770
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib