İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi
19:22 13 İyul 2021
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.
Femida.az xəbər verir ki, sənədə əsasən, bank və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla) tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə ediləcək.
Kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna “Kredit ittifaqları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə cərimə ediləcək.
Oxunub: 812
Oxşar xəbərlər
- İnzibati Prosessual Məcəlləyə yeni fəsil əlavə edilib
- İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təsdiqlənib
- İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilib
- İnzibati tənbeh tətbiq etmə müddəti 1 il olan xətaların siyahısı artırılır
- İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi
- İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilir
- İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edildi
- İnzibati rəhbər vəzifələrə qeydiyyat davam edir
- İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi - SİYAHI
- İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni təklif