Şəmkirdə kürəkən qaynanasını qətlə yetirib, həyat yoldaşını ağır yaralayıb


20:43     13 İyul 2021 21_07_13_1626194652.jpg

Şəmkir rayonunda qətl törədilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini şəxsi münasibətlər zəminində qaynanası Sədaqət İbadullayevanı və həyat yoldaşı Mahizər Hüseynovanı bıçaqlayıb. Nəticədə qaynanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 912