Balakəndə fərdi yaşayış evi yanıb


21:11     13 İyul 2021 21_07_13_1626195823.jpg

Balakən rayonunun Qazma kəndində, kənd sakini Adil Nurəddin oğlu Məmmədova məxsus, ümumi sahəsi 320 kv/m olan, ikimərtəbəli yeddi otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Femida.az -ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin ikinci mərtəbəsində olan dörd otağın yanar konsrtuksiyaları, ev əşyaları və evin dam örtüyü tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 332