Diqqət! Məzuniyyətdən artıq işdən qalan şəxslər işdən çıxarıla bilər- Video


22:38     13 İyul 2021 21_07_13_1626201539.jpg

Əmək məzuniyyətindən artıq işdən qalan şəxsi işəgötürən işdən azad edə bilər.

Femida.az xəbər verir ki, Bunu ARB24-ün “Azworks” verilişinə açıqlamasında vəkil İntiqam Hacıyev deyib.

O bildirib ki, bu halda işəgötürən Əmək Məcəlləsinin 72-ci maddəsi ilə işçini işdən çıxarmaq hüququna malik olur:

“Əmək məzuniyyətində qeyd olunan gün işçi əgər işdə olmazsa, bu, işçinin işə gəlməməsi kimi hesab olunur.

Əmək Məcəlləsinin 72-ci maddəsində üzrlü səbəb olmadan işçinin bir iş günü ərzində işə gəlməməsi kobud pozuntuları siyahısındadır.

Bu isə məcəllənin 72-ci maddəsinin ç bəndi ilə işçinin işdən çıxarılmasına əsas verən hallardandır.

Lakin işə götürən dərhal bunu etməməli, teleqram vasitəsi ilə işçiyə müraciət etməlidir ki, işə çıxmaması barədə məlumat versin.

Əgər işçi işə çıxmaması barədə məlumat verməsə, işəgötürən həmkarlar təşkilatına müraciət etməlidir.

Onların qərarından sonra işəgötürənin işçini işdən azad etmək hüququ var”.




Açar sözlər:

Oxunub: 815