Şəmkirdə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub - VİDEO


09:12     14 İyul 2021 21_07_14_1626234721.jpg

Şəmkirdə baş verən qətlin bəzi təfərruatları məlum olub.

Femida.az -ın məlumatına görə, 1990-cı il təvəllüdlü Mahizər Hüseynova həyat yoldaşı, 1976-ci il təvəllüdlü İntizam Hüsenovdan boşanmaq üçün məhkəməyə müraciət edib.

Bu səbəbdən İ.Hüseynov əsəbiləşərək qayınanasıgilə gələrək həyat yoldaşının ondan boşanmasına etiraz edib. İ.Hüseynov əvvəlcə qayınanasına, daha sonra həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub.

Bu barədə APA-nın hadisə yerində olan əməkdaşına mərhumum Sədaqət İbadullayevanın bacısı deyib. Onların sözlərinə görə, İntizam bir neçə dəfə onlara gələrək ailələrini öldürməklə hədələyib.

Qeyd edək ki, M.Hüseynova İ.Hüseynovun əmisi qızıdır.





Açar sözlər:

Oxunub: 144