İraqdakı koronavirus xəstəxanasında baş verən yanğında ölənlərin sayı 124-ə çatıb


09:28     14 İyul 2021 21_07_14_1626235903.jpg

İraqın Di-Qar əyalətində yerləşən Ən-Nasiri şəhərindəki koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş verən yanğında ölənlərin sayı 124-ə çatıb.

Femida.az xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, hazırda yanan cəsədlərin tanınması prosesi davam edir.

Telekanala görə, hadisə qurbanlarının cəsədləri tamamilə yanmış halda olduğundan onların kimliyini müəyyənləşdirmək çətindir.

Açar sözlər:

Oxunub: 433


Oxşar xəbərlər