Abşeronda 42 yaşlı kişini avtomobil vurdu


09:47     14 İyul 2021 21_07_14_1626239815.jpg

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, rayon ərazisində avtomobil yolu keçən 1979-cu il təvəllüdlü İbrahimov Fizuli Seyidalı oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 474