Salyanda avtomobil azyaşlı uşağı vurdu


09:44     14 İyul 2021 21_07_14_1626240142.jpg

Salyanda azyaşlını avtomobil vurub.

Femida.az xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Qarabağlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Hümbətov Fuad İsmayıl oğlu yolu keçmək istəyən zaman avtomobil vurub.

Qəza nəticəsində azyaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 437