Bakıda restoranda yanğın olub


10:14     14 İyul 2021 21_07_14_1626240294.jpg

Bakıda restoranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a bildirilib ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 72 m² olan restoranın mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Yanğın zamanı hər birinin tutumu 25 litr olan 3 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Açar sözlər:

Oxunub: 588