Bayram namazının vaxtı açıqlanıb


12:10     14 İyul 2021 2021/07/1054816_1626250557.jpg


Azərbaycanda Qurban bayramı ilə bağlı qılınacaq bayram namazının vaxtı açıqlanıb.

Femida.az-ın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qəbul etdiyi tövsiyədə bildirilir.

Qeyd olunub ki, iyulun 20-si və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq.

Tövsiyələrdə o da vurğulanıb ki, şəriətə uyğun olaraq qurban kəsimi iyulun 20-dən başlayaraq 3 gün davam edə bilər.

Femida.az

Açar sözlər: #Bayram   #Namaz  

Oxunub: 158