İsraildə BƏƏ səfirliyi açılıb


12:35     14 İyul 2021 2021/07/iz-be-1626251406_1626251997.jpg

Təl-Əvivdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) səfirliyinin açılışı olub.

Femida.az xəbər verir ki, mərasimdə İsrailin yeni Prezidenti İshak Hersoq da iştirak edib.

"Yeni başladığım İsrail Prezidenti vəzifəsində BƏƏ-nin ölkədəki səfirliyinin tarixi açılışında iştirak etmək fürsətinə sahib olduğum üçün çox xoşbəxtəm. Biz mümkünsüz olanı mümkün etdik", - Hersoq bildirib.

Xatırladaq ki, iyun ayının sonunda İsrailin Əbu-Dabidəki səfirliyinin açılışı olub, daha sonra Təl-Əvivin Dubayda Baş konsulluğu fəaliyyətə başlayıb.

Qeyd edək ki, 2020-ci ilin sentyabrında İsrail ilə müxtəlif səviyyələrdə bir sıra təmaslardan sonra iki Körfəz ölkəsi - BƏƏ və Bəhreyn ABŞ-ın vasitəçiliyi ilə əlaqələri tamamilə normallaşdırmaq üçün razılaşma imzaladılar. Razılaşmada səfirliklərin açılması, birbaşa hava əlaqəsinin qurulması, hökumət üzvlərinin ziyarətləri və turist səyahətləri nəzərdə tutulurdu.

Femida.az

Açar sözlər: İsrail   BƏƏ   Səfirlik    

Oxunub: 579