Ermənistan Naxçıvan istiqamətində atəş açıb - Hərbçimiz yaralanıb
12:54 14 İyul 2021
İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Femida.az - a verilən məlumata görə, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.
Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Femida.az
Oxunub: 410
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanla Türkiyə arasında quru sərhədi niyə bağlanıb?
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Azərbaycan və İran arasında Naxçıvanla əlaqə üçün yeni sənəd imzalanıb
- Azərbaycan Ordusu, DTX və FHN Naxçıvanda birgə təlim keçirib
- AZAL Naxçıvana bilet almaq istəyənlərə xəbərdarlıq edib
- Naxçıvana yeni daxili işlər naziri təyin edilib