Bakıda arvadını öldürən Əfqanistan vətəndaşı axtarışa verilib


13:33     14 İyul 2021 21_07_14_1626255228.jpg


İyulun 9-da paytaxtın Binəqədi rayon sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi Rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Əfqanistan Respublikasının vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Nüşabə Səfərovanı (Səfayi) qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

İyulun 12-də Səməndər Səfayi təqsirləndirilən şəxs qismində cəlb edilib, ittiham elan etmək üçün barəsində axtarış elan edilib.

Cinayət işi üzrə istintaq davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 719