Bu il 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq


13:37     14 İyul 2021 2021/07/prezi-1626254647_1626255893.jpg

Son illər ərzində ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir. Biz hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün vasitələr təqdim edirik və onların sayı artır.

Femida.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında deyib.

Azərbaycan Prezidenti bildirib ki, bu il 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq. “Dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailəsinin üzvləri və müharibə əlilləri vardır. Yəni, bu da daim diqqət mərkəzində olan məsələdir”, - deyə dövlətimizin başçısı əlavə edib.


Femida.az

Açar sözlər: Prezident   Şəhidailəsi    

Oxunub: 913