Oxçuçayı çirkləndirən zavodda xüsusi əməliyyat - VİDEO


14:42     14 İyul 2021 2021/07/dsdds-1626256031_1626259730.jpg

Bu gün Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin(MTX) "Alfa" xüsusi təyinatlı dəstəsi Zəngəzur Mis-Molibden Kombinatında əməliyyat keçirilib.

Femida.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

"Ermənistan" blokunun nümayəndəsi Vahe Akopyan jurnalistlərə verdiyi açqılamada bildirib ki, təhlükəsizlik qüvvələri gözlənilmədən zavodun inzibati binasına daxil olaraq bir neçə nəfəri soruğuya cəlb ediblər:

"Xüsusi təyinatlılar qapıları sındıraraq işçiləri qorxutmağa başladılar. Zavod işçiləri dindirilib və onlarla hansı əsasla dindirilmə aparıldığı aydın deyil. Vəkilimiz oradadır, amma işçilərlə ünsiyyət qurmaq qadağandır”.

Akopyan iddia edib ki, Ermənistan MTX-sı zavodun işini pozmaqla məşğuldur və ölkədə qorxu atmosferi yaratmaq istəyirlər.

Xatırladaq ki, seçki kampaniyası zamanı baş nazir vəzifəsini icra edən Nikol Paşinyan, ölkənin ən böyük sənaye müəssisəsi olan məlum Zəngəzur Kombinatında müxalifət lehinə maliyyə işlərinin aparıldığını söyləmişdi.





Femida.az

Açar sözlər: Oxçuçay    

Oxunub: 156