Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin sayı artırılacaq


17:04     14 İyul 2021 21_07_14_1626270113.jpg


Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatlar davam etdirilir.

Femida.az-ın məlumataına görə, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə səfiri Cahit Bağçı ilə görüşdə məlumat verib.

Nazir hər iki ölkənin ordularının müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə keçiriləcək birgə hərbi təlimlərin sayının artırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov hərbi kadrların hazırlanması və azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Türkiyənin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 610