Azərbaycan Qoşulmama Hərəkatına daha bir il sədrlik edəcək


18:37     14 İyul 2021 2021/07/372d26f1-4095-3909-afaf-60308fb12c1d_850_1626273477.jpg

Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan, Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra Qoşulmama Hərəkatına üzv dövlətlərinin Hərəkata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb.

Femida.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Qoşulmama Hərəkatının aralıq dövr Nazirlər Konfransı ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, iyulun 13-14-də Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının (QH) “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda, virtual formatda aralıq dövr Nazirlər Konfransı keçirilib.

Açar sözlər:

Oxunub: 321