Baş nazir Tbilisi şəhərinin meri ilə görüşüb


19:17     14 İyul 2021 2021/07/Əli-Əsədov_1626275894.jpeg

İyulun 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinin meri Kaxaber Kaladzeni qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, görüş zamanı Baş nazir Ə.Əsədov bu səfərin Azərbaycan-Gürcüstan, Bakı-Tbilisi əlaqələrinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Söhbətin gedişində iqtisadi və humanitar əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 598