Masallıda ikimərtəbəli ev külə döndü


21:54     14 İyul 2021 2019/08/yangin_yeni1_1564987969.jpg

Masallı rayonunda ikimərtəbəli ev yanıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, yanğın rayonun Qasımlı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 234 m² olan ikimərtəbəli evin (hər mərtəbəsi 117 m²) 1-ci mərtəbəsinin yanar konstruksiyaları 57 m² sahədə, 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 117 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Açar sözlər:

Oxunub: 729