Şəmkirdə ağır yol qəzası olub, ölənlər və yaralananlar var


09:12     15 İyul 2021 2021/07/60ef6eea8d5c360ef6eea8d5c4162630423460ef6eea8d5bf60ef6eea8d5c1_1626320576.jpg

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə "QAZel" markalı kiçiktutumlu yük maşını ilə "QAZ 31105" markalı minik avtomobili toqquşub. Avtoqəza nəticəsində 1983-cü il təvəllüdlü Əliyev Aydın Valeh oğlu, 1989-cu il təvəllüdlü Məmmədov Ramiz Zakir oğlu və şəxsiyyəti hələlik məlum olmayan daha bir kişi dünyasını dəyişib, 1982-ci il təvəllüdlü Şahin Məmmədov və 1971-ci il təvəllüdlü Ədalət Bayramov isə xəsarət alıb. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki "QAZel" markalı kiçiktutumlu yük maşını qarpılza yüklü olub. Qəzadan sonra kiçiktutumlu yük maşınında olan qarpızlar yola dağlıb. Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.






Açar sözlər:

Oxunub: 467