Yasamalda 17 yaşlı gənci avtomobil vurub


09:38     15 İyul 2021 21_07_15_1626321738.jpg

Bakıda piyadanın vurulması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydı alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Həsənova Ləman Arzuman qızını Hüseyn Cavid parkının yaxınlığında avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona bədənin müxtəlif nahiyyələrinin əziyi diaqnozu qoyulub.

Açar sözlər:

Oxunub: 618