Qax sakini həmkəndlisi tərəfindən bıçaqlanıb
11:10 15 İyul 2021
Qax rayonunda 30 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.
Femida.az -ın məlumatına görə, hadisə iyulun 14-də axşam saat 23:00 radələrində rayonun Ləkit kəndində baş verib.
Kənd sakini, 1991-ci il təvəllüdlü Fikrət Zabit oğlu Saadov həmkəndlisi olan Fərman adlı şəxs ilə şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı döş qəfəsindən bıçaqlanıb. Bıçaq xəsarəti alan F.Saadov Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. F.Saadova döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq yarası diaqnozu qoyulub, vəziyyəti nəzərə alınaraq onun müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.
Hadisəni törədən Fərman adlı şəxs isə cinayət əməlini törətdikdən sonra hadisə yerindən qaçıb.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub: 325
Oxşar xəbərlər
- Qaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var
- Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb
- Qaxda 68 yaşlı kişi at arabasından yıxılaraq ölüb
- Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb
- Qaxda qaydaları pozan 16 sürücü cərimələnib
- Qax polisi qaydaları pozan 15 sürücünü cərimələyib
- Qaxda axtarışda olan narkotacir tutulub
- Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb
- Qaxda keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb
- Qaxda cüyür ovlayan şəxs saxlanılıb