Zəngilan və Laçın hava limanlarının tikintisi üçün hazırlıq işləri aparılır


11:33     15 İyul 2021 2021/07/11b0c483-b6fe-3393-9633-8e57678a9468_850_1626333859.jpg


Füzuli Hava Limanında tikinti və quraşdırma işlərinin sürətlə aparılır və ilin sonuna qədər hava limanına ilk uçuşlar planlaşdırılır, eyni zamanda Zəngilan və Laçın hava limanlarının tikintisinə başlanılması üçün hazırlıq və mobilizasiya işləri aparılır.

Femida.azxəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında məlumat verilib.

İclasda həmçinin Qarabağ bölgəsinin ölkə və region iqtisadiyyatına reinteqrasiyası baxımından xüsusi əhəmiyyətli olan Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərinin, eləcə də Əhmədbəyli-Füzuli-Şuşa (Zəfər yolu), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Qubadlı-Laçın və s. avtomobil yollarının tikintisi üzrə görülən işlər barədə məlumatlar verilib.

Açar sözlər:

Oxunub: 578