Azərbaycanda torpaqların konsolidasiyası təcrübəsi tətbiqi edilə bilər


14:39     15 İyul 2021 2021/07/4221779_1626345638.jpg

Nazirlər Kabineti kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsi məqsədilə həmin torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi, torpaqların konsolidasiyası təcrübəsinin tətbiqi ilə bağlı təkliflərini 3 ay müddətində ölkə prezidentinə təqdim etməlidir.

Femida.az xəbər verir ki, bu, dövlət başçısının imzaladığı “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” fərmanda öz əksini tapıb.

Fərmanla həmçinin hökumətə ixrac məqsədli aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqi, aqrotexniki xidmət göstərilməsi və mülkiyyət hüququnun saxlanılması şərtilə kənd təsərrüfatı texnikasının lizinqə (icarəyə) verilməsinin əlavə dəyər vergisindən azad edilməsi, habelə yerli kənd təsərrüfatı məhsullarının topdansatışı zamanı tətbiq edilən əlavə dəyər vergisinin ticarət əlavəsinə görə hesablanması, idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək məhsulların dairəsinin müəyyənləşdirilməsi, maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması və istehsal edilən yerli məhsulların qiymətinin azaldılması üçün aqrar emal müəssisələrinə vergi təşviqlərinin verilməsi, aqrar istehsal sahəsində fəaliyyət göstərən müəssisələrin, habelə aqroparkların investisiya təşviqi mexanizmindən yararlanma imkanlarının genişləndirilməsi, aqrar istehsal və emalla məşğul olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi verilməsi, o cümlədən kredit-zəmanət üzrə yeni maliyyələşdirmə alətlərinin tətbiqi barədə təkliflər hazırlamaq, kənd təsərrüfatı məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsinə dair tədbirlər görmək və nəticəsi barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Açar sözlər:

Oxunub: 813