Azərbaycan çaylarını zəhərləyən kombinat bağlandı


14:22     15 İyul 2021 2021/07/5a091-1626342825_1626347291.jpg

Dünən gecə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Zəngəzur Mis-Molibden Kombinatındakı axtarışları və həbsləri bəşa çatdırıblar.

Femida.az erməni mətbuatına istinadən xəbər verir ki, kombinatın inzibati binasında bütün işlər dayandırılıb, xidməti kompüter və mühasibatlığa aid sənədlər müsadirə edilib. Kombinatın idarə heyətinin üzvü Vahe Akopyanın bildirdiyinə görə, 70 vaqon mis və molibden konsentrantının satışına qadağa qoyulub və bu gündən müəssisənin qapıları möhürlənib.

Bildirilib ki, axtarışdan sonra müəssisənin iki əməkdaşı saxlanılıb.

Xatırladırılq ki, adı çəkilən müəssisə illərdir Zəngəzurdan keçən və bölgənin iri çaylarına, o cümlədən Araz çayına tökülən bir çox çayları müxtəlif növ kimyəvi tullantılarla çirkləndirdi.

Azərbaycan tərəfi başda Oxçuçay olmaqla Zəngəzurdan keçən və adı çəkilən kombinat tərəfindən çirkləndirilən bütün çayların məcrasına xarici jurnalistlər və diplomatik korpusun nümayəndələrinin səfərini təşkil etmişdi. Ekoloji terror faktı bir çox nüfuzlu beynəlxalq media qurumları tərəfindən işıqlandırılmışdı.
Femida.az

Açar sözlər: #Oxçuçay   #Kombinat    

Oxunub: 620