Aİ Şurasının rəhbəri sabah Ermənistana gedir


15:15     15 İyul 2021 2021/07/misel-1626343953_1626347932.jpg

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistana səfər edəcək.

Femida.az xəbər verir ki, bu barədə hökumətin saytında məlumat yerləşdirilib.

Mişelin rəhbərlik etdiyi nümayəndə heyəti 16-17 iyul tarixlərində Ermənistanda olacaq.

Bundan əvvəl, Mişel baş nazir vəzifəsini icra edən Nikol Paşinyana erkən parlament seçkilərindəki qələbəsi münasibətilə göndərdiyi məktubda Aİ-nin islahatların daha da dərinləşməsi prosesində Ermənistanı dəstəklədiyini qeyd edib.

Femida.az

Açar sözlər: #ŞarlMişel   #Ermənistan   #səfər  

Oxunub: 840


Oxşar xəbərlər