“Delta” ştammında boğaz və baş ağrıları müşahidə olunur” - Baş infeksionist


16:46     15 İyul 2021 2021/07/88510-1626352561_1626353339.jpg

“Delta” ştammının Britaniya ştammından 2 dəfə çox yoluxdurduğu qeyd olunur. Bir insanın yoluxdurduğu şəxslərin sayı 5-6 nəfərə çatır”.

Femida.az -ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "İmmunitet və Peyvənd sertifikatı " mövzusunda çıxışında deyib. Onun sözlərinə görə, bu ştammın inkubasion dövrü qısadır və klinik əlamətlərdə bir qədər fərqlər duyulur:

“Delta” ştammı digər respirator virus xəstəliklərinə daha çox oxşayır, boğaz, baş ağrıları müşahidə olunur. Bəzən mədə-bağırsaq əlamətlərinin də olduğunu qeyd edirlər. Ümumilikdə yoluxduqdan bir müddət sonra klassik koronavirusdan daha çox ağırlaşma olması yalnız müşahidələrdir. Hələ dəqiq məlumat yoxdur”.

Femida.az

Açar sözlər: Delta    

Oxunub: 439