Belarusla müdafiə sahəsində müqavilə təsdiqləndi


16:56     15 İyul 2021 2021/07/b4308-1626352620-(1)_1626354250.jpg

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” Müqavilənin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Femida.az xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” 2021-ci il mayın 18-də Bakı şəhərində imzalanmış Müqavilə təsdiqlənib.

Femida.az

Açar sözlər: İlham-Əliyev    

Oxunub: 177