Kürdəmirdə "patı" satışı ilə məşğul olan şəxslər saxlanıldı
18:18 15 İyul 2021
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağsu rayon sakini Əli Bəndəliyev saxlanılıb.
Onun üzərinə keçirilən şəxsi axtarış zamanı narkotik maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Dindirilmə zamanı Ə.Bəndəliyev narkotik vasitəni Kürdəmir rayonu Xırdapay kənd sakini Roman Cəbrayılovdan aldığını etiraf edib.
Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə rayon ərazisində psixotrop maddə olan “patı”, “şüşə” adlanan metamfetamin, həmçinin narkotik vasitə olan heroinin və qurudulmuş marixuananın satışı ilə məşğul olan Roman Cəbrayılov da saxlanılıb.
Onun yaşadığı evə keçirilən baxış zamanı oradan təmiz çəkisi 961 qram olan qurudulmuş marixuana, eləcə də satış üçün hazırlanmış 5 büküm heroin, 2 büküm metamfetamin, 2 büküm qurudulmuş marixuana və bir ədəd elektron tərəzi, evin həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Dindirilmə zamanı R.Cəbrayılov narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Oxunub: 874
Oxşar xəbərlər
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb
- Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib
- Kürdəmirdə yol qəzasında ər və arvad ağır xəsarət alıb
- Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb
- Kürdəmirdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
- Kürdəmirdə sərnişin mikroavtobusu aşıb, 8 nəfər xəsarət alıb
- Kürdəmirdə qatarın vurduğu 44 yaşlı kişi xəstəxanada ölüb
- Kürdəmirdə avtomobil su kanalına düşüb