Tixanovskaya ABŞ-a gedir


12:17     16 İyul 2021 2021/07/tixa1-1626421815_1626423706.jpg

Belarus müxalifətinin lideri, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya 18 iyulda ABŞ-a işgüzar səfər edəcək.

Femida.az xəbər verir ki, bu barədə onun “Telegram” kanalında məlumat paylaşılıb.

Səfər zamanı o, Vaşinqton, Nyu- York və Kaliforniyada olacaq. Keçmiş prezidentliyə namizəd siyasətçilər, mütəxəssislər və diasporla yüksək səviyyəli görüşlər keçirəcək.
Onun ABŞ-a səfər proqramının hazırlığı yekunlaşmaq üzrədir. Tixanovskayanın komandası proqram tam hazır olduqdan sonra konkret görüşlər barədə məlumat verəcək.

Xatırladaq ki, keçən ilin avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyası rəsmi olaraq Aleksandr Lukaşenkonun qalib gəldiyini elan edib. Qələbə qazandığını iddia edən Tixanovskaya isə Belarusu tərk edərək Litvaya gedib.

Femida.az

Açar sözlər: #ABŞ   #SƏFƏR    

Oxunub: 845