Azərbaycan XİN Almaniya və Belçikaya başsağlığı verib


12:48     16 İyul 2021 XİN.jpg

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sel fəlakəti ilə əlaqədar Almaniya və Belçikaya başsağlığı verib.


Femida.az xəbər verir ki, bununla bağlı XİN-in "Twitter" hesabında qeyd edilib.

Başsağlığında deyilir: “Avropanın qərbində ekstremal hava şəraitinin dağıdıcı nəticələri narahatlıq doğurur. Almaniya və Belçikada sel qurbanlarının yaxınlarına başsağlığı veririk. Azərbaycan yağışların dağıdıcı nəticələrinin aradan qaldırılmasında həm Almaniya, həm də Belçikanın yayındadır".

Xatırladaq ki, Almaniyanın qərbində və Belçikada yağan güclü yağışlar nəticəsində meydana gələn sel 92 nəfərin ölümünə səbəb olub, yüzlərlə insan itkin düşüb.

Femida.az

Açar sözlər: #Almaniya   #XİN  

Oxunub: 351