Ermənistan yenidən atəşkəsi pozub, düşmən susdurulub


13:45     16 İyul 2021 2021/07/c00ec787-711e-312e-aa89-ed5a1af7ffc6_850_1626428998.jpg

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Femida.az -a Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib. Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur. Düşmən cavab atəşi ilə susdurulub.


Femida.az

Açar sözlər: Naxçıvan    

Oxunub: 264