Rusiyada virusdan bir gündə 799 nəfər ölüb


14:07     16 İyul 2021 2021/07/koron-1626426764_1626430190.jpg

Rusiyada son sutka ərzində koronavirusa 25 704 yeni yoluxma halı qeydə alınıb.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 907 999 nəfərə çatıb.

Ötən gün virusa yoluxmuş 799 nəfər vəfat edib. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 146 868 nəfərə çatıb. Ümumilikdə 5 300 908 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Femida.az

Açar sözlər: Rusiya    

Oxunub: 577