Bakı-Naxçıvan-Bakı avtobuslarına biletin qiyməti açıqlanıb


16:17     16 İyul 2021 2021/07/16264-1626437324_1626438022.jpg

İyulun 17-dən etibarən Azərbaycan Respulikasının Nazirlər Kabinetinin Qərarına əsasən, Bakı-Naxçıvan-Bakı marşrutu fəaliyyətə başlayır. İlkin olaraq yalnız səhər reyslərinin təşkili nəzərdə tutulur.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Femida.az -a bildirilib ki, sərnişinlər bu gündən etibarən iyul ayının 17-si saat 09:00 reysinə, eləcə də növbəti günlərə gediş bileti əldə edə bilərlər. Gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50 faiz güzəşt olmaqla 15 manat təşkil edir. Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcədə avtovağzala gəlmədən internet üzərindən “avtovagzal.az” saytı vasitəsilə onlayn gediş bileti sifariş edə bilərsiniz. Reyslər yüksək komfortlu, geniş salona malik, sərin, Avropa standartlarına cavab verən müasir tipli avtobuslarla həyata keçiriləcək.

Sərnişinlərin nəzərinə çatdırılırki, gömrük keçid məntəqəsində sərnişinlərdən COVID-19 testi götürüləcək. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.

Femida.az

Açar sözlər: Naxçıvan    

Oxunub: 1176