Üç nəfərdə metamfetamin, Gəncə sakinində isə heroin aşkarlanıb


16:21     16 İyul 2021 2021/07/80c32fb3-3430-48da-a517-4cdfa1c6d82f_850_1626438304.jpg

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatları uğurla davam etdirirlər.

DİN-in mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş C.Babayev, R.Hacıyev və N.Əmiraslanov saxlanılıblar. Axtarış zamanı onlardan metamfetamin aşkarlanaraq götürülüb.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Hacıyev yaxalanıb. Axtarış zamanı onda 525 qram heroin aşkarlanıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 601