Məhkəmə aparatı işçilərinin sosial müdafiəsini gücləndirmək üçün yeni qayda hazırlanacaq


18:33     16 İyul 2021 21_07_16_1626445392.jpg

Məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq.

Femida.az -ın məlumatına görə, bu, Prezident İlham Əliyevin ““Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi ilə bağlı imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə köçürülən vəsaitdən istifadə qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Açar sözlər:

Oxunub: 964